Rəqəmsal həllər · Ağıllı avtomatlaşdırma

Biznesinizi rəqəmsallaşdırın, avtomatlaşdırın.

Sizə sadəcə işləyən sayt deyil, real ehtiyaclarınızı qarşılayan və məlumatlar artdıqca da inkişaf etdirilə bilən sistem lazımdır. Biz onu qururuq.

Sifariş axınıAvtomatik
🛒
Yeni sifariş #1024Onlayn mağazadan daxil oldu
Qəbul edildi
📦
Anbar yeniləndi−1 ədəd · qalıq: 37
Sinxron
📊
Maya dəyəri hesablandıMənfəət hesabatı yeniləndi
Hesablandı
✈
Menecerə bildirişTelegram botu ilə göndərildi
Göndərildi

Nümunə: əl ilə Excel-də görülən işin avtomatlaşdırılmış forması.

30 saniyəlik test

Bunlardan hansı sizə tanışdır?

Sizə uyğun olanları seçin. Sonra seçdiklərinizi bir toxunuşla bizə göndərə bilərsiniz — mesajı özünüz yazmağa ehtiyac yoxdur.

Hələ heç nə seçməmisiniz. Ən azı birini seçin.

Seçdiklərimi göndər

Xidmətlərimiz

Nə lazımdırsa, onu qururuq.

Sadə saytdan tam idarəetmə sisteminə qədər — biznesinizin indiki ehtiyacına və gələcək böyüməsinə görə.

🌐

Veb-saytlar

Müştəri sizi tapsın, etibar etsin və yazsın.

  • Vizitka, satış və portfel saytları
  • Korporativ saytlar və onlayn mağazalar
  • Saytların yenilənməsi, SEO, texniki dəstək
📊

CRM və ERP sistemləri

Rəqəmləriniz Excel-də yox, gözünüzün önündə olsun.

  • Sifariş, satış və müştəri idarəetməsi
  • Anbar, məhsul uçotu və maya dəyəri
  • Gəlir-xərc, avtomatik hesabatlar
🤖

AI və avtomatlaşdırma

Təkrarlanan işləri maşın görsün, siz biznesi böyüdün.

  • Telegram və WhatsApp botları
  • AI əsaslı müştəri dəstəyi
  • Sistemlər arası inteqrasiyalar

Hesablayın

Əl ilə işə nə qədər vaxtınız gedir?

Excel, hesablama, eyni məlumatı təkrar yazmaq, “bu sifariş hardadır?” axtarışı. Gündə nə qədər?

15 dəq4 saat
Ayda itən vaxt22 saat
İldə itən vaxt33 tam iş günü
Bu vaxtı geri istəyirəm

Hesablama: ayda 22 iş günü, iş günü 8 saat.

Haqqımızda

Sistemi deyil,
biznesinizi düşünürük.

ROLAX bizneslər üçün veb-saytlar, fərdi biznes sistemləri, proqram təminatı və süni intellekt əsaslı avtomatlaşdırma həlləri hazırlayır. Sizi hazır sistemlərin məhdudiyyətlərinə uyğunlaşdırmaq əvəzinə, iş qaydanıza uyğun həll qururuq.

İşləyən demo ilə real biznes yükünə hazır sistem eyni şey deyil.
  • Biznesinizə uyğun fərdi həllər
  • Əvvəlcə problemin analizi, sonra uyğun həll
  • Müasir texnologiyalar və mobil uyğunluq
  • Razılaşdırılmış iş həcmi və təhvil müddəti
  • 50% ilkin ödəniş, 50% iş təhvil verilərkən

Riskiniz minimaldır

Nəticəni görmədən
tam ödəmirsiniz.

Necə işləyirik?

Bir söz yazırsınız

“TƏKLİF” və ya “AUDİT”. Bu sizi heç nəyə məcbur etmir.

Problemi birlikdə analiz edirik

Əvvəlcə işinizi anlayırıq, sonra həll təklif edirik. İş həcmi və təhvil müddəti əvvəlcədən razılaşdırılır.

Hazır sistemi təhvil alırsınız

Müasir texnologiyalarla, mobil uyğun və biznesiniz böyüdükcə inkişaf etdirilə bilən.

50% başlanğıcda50% işi qəbul edəndə

Qalan yarını yalnız işi təhvil alanda ödəyirsiniz.

Suallar

Tez-tez verilən suallar

Biznesim üçün hansı həll daha uyğundur?

Bunu ilk danışıqda birlikdə müəyyənləşdiririk. Əvvəlcə işinizin necə qurulduğunu və sizi ən çox nəyin yorduğunu öyrənirik, sonra uyğun həlli təklif edirik: bəzən bu sadə bir sayt, bəzən bot, bəzən də tam idarəetmə sistemidir. Məqsəd sizə lazım olanı qurmaqdır, artığını yox.

Layihənin qiyməti necə müəyyən edilir?

Qiymət layihənin funksiyalarından və iş həcmindən asılıdır. Ehtiyacınızı analiz etdikdən sonra təklif hazırlayırıq; iş həcmi, qiymət və təhvil müddəti işə başlamazdan əvvəl razılaşdırılır.

İş nə qədər vaxta hazır olur?

Müddət layihənin həcmindən asılıdır: sadə sayt ilə tam idarəetmə sistemi eyni vaxt aparmır. Təhvil müddəti işə başlamazdan əvvəl razılaşdırılır və təklifdə göstərilir.

Mövcud məlumatlarımı yeni sistemə köçürmək mümkündür?

Bəli. Excel cədvəlləri və digər mənbələrdəki məlumatlarınız analiz mərhələsində qiymətləndirilir və yeni sistemə köçürülməsi planlaşdırılır — sıfırdan başlamağa ehtiyac qalmır.

Hazır proqram əvəzinə öz biznesimə uyğun sistem qura bilərəm?

Bəli. Fərdi sistem sizin iş qaydanıza görə qurulur: lazım olan funksiyalar olur, lazımsızlar olmur. Biznes böyüdükcə yeni funksiyalar əlavə etmək mümkündür.

Mövcud saytımı və ya AI ilə hazırladığım tətbiqi yoxlaya bilərsiniz?

Bəli, bu ayrıca xidmətimizdir. Backend, verilənlər bazası, performans, təhlükəsizlik və kod strukturunu yoxlayırıq, tapılan problemləri və həll yollarını izah edirik.

Ödəniş necə həyata keçirilir?

50% işə başlayanda, qalan 50% iş təhvil veriləndə. Yəni qalan hissəni nəticəni görüb qəbul etdikdən sonra ödəyirsiniz.

Təsəvvür edin: sabah səhər telefonu açırsınız…

…dünənki satışlar, anbar qalığı, mənfəət — hamısı bir ekranda. Heç nəyi saymağa, axtarmağa ehtiyac yoxdur. Bu, bir mesajla başlayır.

Yazmaq sizi heç nəyə məcbur etmir. Əvvəlcə sadəcə danışırıq.

Təklif al Yazın